İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub - YENİLƏNİR
20.11.2025 - 13:43
İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub - YENİLƏNİR

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanan Nigar Mirzəzadə bu turda Qırğızıstan idmançısı Meerim Jumanazarova ilə qarşılaşıb. 

Apasport.az xəbər verir ki, təmsilçimiz bu görüşdə 12:1 hesabı ilə məğlub olub. 

Nigar bürünc medal üçün xalça üzərinə çıxacaq. 

***

12:38

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş üzrə yarışlar davam edir. 

Apasport.az xəbər verir ki, 68 kq çəkidə yarışan Nigar Mirzəzadə 1/4 finalda indoneziyalı Desi Sinta ilə üz-üzə gəlib. 

Təmsilçimiz rəqibini 12:7 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.