
Klublararası Dünya Çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün C və D qrupuna yekun vurulacaq.
C qrupunda baş tutan qarşılaşmada “Bavariya” ilə “Benfika” üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini cəmi bir qol həll edib. Portuqaliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək qrupu lider kimi başa vurub.
Qrupun digər görüşündə isə "Oklend Siti" "Boka Xuniors"la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
D qrupunda “Çelsi” “Esperans Tunis”lə qarşılaşıb. Görüş ingilislərin üstünlüyü ilə başa çatıb - 3:0. “Flamenqo”-“Los Anceles” qarşılaşması isə heç-heçə ilə nəticələnib.
Beləliklə, "Benfika" və "Bavariya" ilə yanaşı, "Flamenqo" və "Çelsi" də pley-offa vəsiqə qazanıb.
Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, III tur
24 may
C qrupu
23:00 Oklend Siti – Boka Xuniors 1:1
23:00 Benfika – Bavariya 1:0
D qrupu
05:00 Esperans Tunis – Çelsi 0:3
05:00 Los Anceles – Flamenqo 1:1