İstanbulda böyük sınaq: “Qalatasaray” “Liverpul”la üz-üzə - YENİLƏNİR
30.09.2025 - 11:18

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start veriləcək.
Apasport.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi "Qalatasaray" öz meydanında "Liverpul"u sınağa çəkəcək.
Okan Burukun rəhbərlik etdiyi kollektiv azarkeşlərinə ilk turda “Ayntraxt”a 1:5 hesabı ilə alınan ağır məğlubiyyəti unutdurmağa çalışacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
23:00
“Qalatasaray” - “Liverpul”
Rams Park
0
0