Bu gün Belçikanım paytaxtı Brüsseldə UEFA Millətlər Liqası turnirinin 2026/27-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
D Liqasının 1-ci səbətində yer alan Azərbaycan milli komandasının potensial rəqibləri də müəyyənləşib. Bu mərhələdə hərəsində 3 komanda olmaqla 2 qrup formalaşdırılacaq. Qruplarda komandalar bir-biri ilə ev və səfər prinsipi əsasında ümumilikdə 4 oyun keçirəcəklər.
D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrın 24-də start veriləcək. Qrup mərhələsinin son oyunları noyabrda keçiriləcək. Turnirin final mərhələsi isə 2027-ci ilin iyun ayında baş tutacaq.
UEFA Millətlər Liqası
2026/2027 mövsümü
A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino
D Liqası
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra
Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB