Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
20.11.2025 - 19:12
Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) final görüşündə məğlub olaraq yarışın gümüş mükafatına sahib olublar.

Qeyd edək ki, digər idmançılarımız – Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda güləşəcəklər.