“Pullu oğlanlardan zəhləm gedir”
29.06.2010 - 11:45
Müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmasının sabiq üzvü, 6 dəfə Azərbaycan çempionu və CEV kubokunun bürünc mükafatçısı Fəridə Rəsulovanın apasport.az saytına müsahibəsi
- Voleybola gəlişinizi necə xatırlayırsınız?
- Voleybolu seçməyim sırf təsadüf nəticəsində baş verib. 4-cü sinifdə oxuyana kimi akrobatika ilə məşğul olmuşam. Sonra isə şahmatla maraqlandım, hətta məşqlərə də getdim. Voleybola isə məktəbimizdə oxuyan bir qız apardı. Əvvəlcə getmək istəmirdim. Lakin hər gün mənə “sənin boyun uzundur, səndən yaxşı voleybolçu olar” deyirdi. Günlər ötdükcə məktəb yoldaşım bu fikri başıma “doldurdu” və həmin qıza qoşularaq, voleybol bölməsinə getdim. İlk məşqçim “Azərreyl”də və yığma komandada çalışan Vüqar Əliyev oldu. Məşqlərə gedəndə fikirləşirdim ki, bu da 1 neçə il davam edəcək. Lakin hazırlıqlarda gördüm ki, hər şey yaxşılığa doğru gedir, müəllimimin verdiyi tapşırıqlar və komandada oyunum alınır. 2 ay məşq etdikdən sonra əsas heyətə keçdim və ilk dəfə Bakı çempionu adını qazandım. Beləcə, 13 yaşımdan voleybolun sirlərini öyrənməyə başladım. İndi voleybolu çox sevirəm. Məni bu idman növündən heç kim ayıra bilməz. Amma məndən fərqli, həmin qız sonradan voleybolla vidalaşdı.
- Bəs yığmaya necə dəvət aldınız?
- Məşqə başladıqdan 1 il sonra gözləmədiyim halda - 14 yaşımda gənclərdən ibarət yığma komandaya cəlb edildim. 5 il bu komandanın heyətində oynadım. Bu illərdə çox ölkələrin yığmaları ilə qarşılaşdıq. Lakin İranda və Rusiyada 2 dəfə ermənilərlə görüşdə qazandığımız qələbələr bir azərbaycanlı kimi, məndə qürur hissi oyatdı, yaddaşıma həmişəlik həkk olundu. Bu illərdə əsas yığma ilə də birlikdə məşqlər edirdik. Faiq Qarayev həmişə biz gəncləri diqqətdə saxlayırdı, gələcəyə ruhlandırırdı. Hətta onun rəhbərliyi altında 14 yaşımda əsas komandada debüt etmişəm. Yadımdadır, baş məşqçimiz Faiq Qarayev Finlandiya millisi ilə oyunda mənə şans vermişdi.
- İlk peşəkar klubunuz hansı olub?
- İlk dəfə 2003-cü ildə “Azərreyl-2” ilə müqavilə bağlamışam. Demək olar ki, peşəkar voleybola da bu komandada başlamışam. Həmin illərdə klubun əsasını gənclər təşkil edirdi. Gözəl kollektivimiz var idi.
- Bəs ilk dəfə hansı klubdan məvacib almısınız?
- İlk maaşımı “Azərreyl-2”də oynadığım vaxtlarda almışam. Buna maaş da demək olmazdı. Sadəcə, yol pulu idi. Bütün bunlara baxmayaraq, həmin vaxt ilk qazancım - 10 manata qol çəkib götürəndə, sevincimin həddi-hüdudu yox idi. Elə bilirdim bu pulla bütün dünyanı ala bilərəm. Evə gedəndə bazarlıq etdim. Evə çatanda isə anam çaşıb qalmışdı. Dedim ki, bunları ilk qazancıma almışam.
- Bir neçə klubun şərəfini qorumusunuz. Bunlardan daha uğurlusu hansı olub?
- 3 klubla çempionluq sevinci yaşamışam. “Azərreyl-2” ilə 3, “Nəqliyyatçı” ilə 1, “Rabitə” ilə 2 dəfə Azərbaycanın ən güclüsü adını qazanmışam. Bu klubların hamısı mənə doğma olub. “Azərreyl”dən gedəndə Vüqar Əliyev məni buraxmaq istəməsə də, “Nəqliyyatçı”ya keçdim. Onların da çox gözəl kollektivi var idi. “Rabitə”də isə azərbaycanlı kimi tək mən çıxış edirdim. Buna görə hərəsinin qəlbimdə öz yeri var.
- Bəs hansı məşqçi ilə işləmək daha xoşdur?
- Məni ilk məşqçim Vüqar Əliyev daha yaxşı başa düşür. Bu səviyyəyə çatmağımda da onun böyük əziyyəti olub. Çox emosional olduğuma görə, bəzən istədiyim alınmır, məşqçi isə qışqıranda çox pis oluram. Bunun üçün klubların birində qazaxıstanlı çalışdırıcı ilə heç yola getmirdim. Lakin “Rabitə”də serbiyalı Baltic Draqutinin məşqləri tam başqa idi. Bir neçə yerli məşqçi ilə işləmişəm. Onlar mənə bir övlad kimi baxsalar da, serbiyalı mütəxəssis hazırlıqda heç kimə fərq qoymurdu. Əvvəl çətin olsa da, zaman keçdikdə bütün əziyyətlərə alışdım.
- 6 dəfə Azərbaycan çempionu olan Rəsulova ehtiyatda qalanda əsəbiləşmir ki?
- İlboyu bütün voleybolçular kimi məşq edirəm. Lakin bütün məşqçilərə nəticə lazım olduğu üçün onlar legionerlərə güvənirlər və meydanda da təcrübəlilərə yer verirlər. Təbii ki, bu da mənə pis təsir edir. Ehtiyatda qalanda çox əsəbiləşirəm, bəzən stress keçirəm, bəzən isə voleyboldan uzaqlaşmaq istəyirəm. Çünki azarkeşlər nə bilir ki, biz nə qədər hazırlıq keçirik? Bəziləri ehtiyatda qalanlara çanta və ya top daşıyan kimi baxırlar. Bunun üçün də “Rabitə”dən getməyi qərara almışam. Bu yaşda meydana çıxmamaqdan bezmişəm.
- Yəqin ki, hansısa komanda ilə danışıqlar gedir?
- Yox. Sözün düzü, heç kimə bu barədə deməmişəm. Məncə, problem olmaz. Yenidən “Nəqliyyatçı”ya da qayıda bilərəm. Onlar mən komandadan gedəndə demişdilər ki, istəsən, yenidən bizim kluba dönə bilərsən.
- Xaricdə oynamaq üçün təklif olsa, razılaşarsanmı?
- Razılaşaram. Çünki 3 il əvvəl Türkiyədən dəvət almışdım. Bir məşqçi oyunumu görüb, bəyənmişdi. Təəssüf ki, valideynlərim buna razı olmadılar. Amma yenidən təklif olsa, dəyərləndirərəm. Türkiyə Super Liqasında çıxış etməyi çox arzulayıram.
- Hazırda Azərbaycan çempionatında istirahətdir...
- Bu mövsüm istirahət etməmişəm. Final oyunlarında sonra çimərlik voleybolundan təklif almışam və 23 yaşa kimi cütlüklərin Avropa çempionatında Azərbaycan yığma komandasının şərəfini qoruyacağam.
- Ola bilərmi ki, bundan sonra voleybola qayıtmayasan? Çünki çimərlik voleybolunda Olimpiadaya lisenziya qazanmaq şansın da yarana bilər…
- Hər şey ola bilər. Bunun üçün ilk növbədə reytinq xalı toplamalısan. Sonra isə lisenziya turnirlərində iştirak etməlisən. London-2012-də iştirak hüququ qazansaq, əla olar. Lakin bundan sonra yenidən voleybola qayıdıb, öz sözümü demək istərdim.
- Voleybolda kumiriniz varmı?
- Xeyr. Sadəcə Viktoriya Ravvanın oyununu çox bəyənirəm.
- Hansı voleybolçularla oyunun daha yaxşı alınır?
- Yığmamızın üzvü Natəvan Qasımova ilə bir-birimizi çox gözəl başa düşürük. Onun qurduğu hər hücumu məntiqi sonluqla bitirirəm. Natavan kimi, Aynur Kərimova və Şəfəq Kərimova ilə də bir yerdə oynadığımdan, duetlərimiz uğurlu alınır.
- Amma “Rabitə”də daha çox serbiyalılarla dostluq edirdiniz…
- Onlar sadə və mənim kimi deyib-gülən olduqları üçün bütün fikirlərimiz üst-üstə düşürdü. Bundan əlavə, serblər hər gün Azərbaycan haqqında bir şey öyrənməsi adama ləzzət edirdi. Onlar nəsə başa düşmədikdə sual verir və hər şeyi dəqiqləşdirirdilər. Azərbaycanda voleybolun inkişafı da legionerləri mat qoymuşdu. Onlar tezliklə ölkəmizin aparıcı voleybol ölkəsinə çevriləcəyini bildirirdilər.
- Bir az da şəxsi həyatınız barədə söhbət edək. Sevdiyiniz oğlan varmı?
- Hazırda yox.
- Yəqin ilk məhəbbətiniz daşa dəyib…
- Adətən hamıda ilk məhəbbət alınmır. Məndə də elə olub. Ayrılmağımıza isə çox səbəb var. Bəlkə də bunun alınmamasında günahkar mənəm.
- Harada tanış olmuşdunuz və necə ayrıldınız?
- Həmin oğlan da idmançı idi. Təbii ki, bizi idman birləşdirmişdi. O, futbol üzrə müxtəlif yığma komandalarımızda top qovub və xaricdə oynamağa da imkan tapıb. Lakin sonradan müəyyən problemlər ortaya çıxdı və ayrılmağa qərar verdik.
- Gələcəkdə necə insanla ailə qurmaq istərdiniz?
- Sevgi mənim üçün gözəl və həyatın sonunadək davam edəcək şirin hissdir. Buna görə elə bir insanla ailə qurmaq istərdim ki, onun dünyagörüşü böyük olsun. Ailəcanlı, diqqətli, insana can yandıran olsun. Həyat yoldaşına “dayə” kimi baxmasın. Həmişə fikirləşsin ki, onu evdə ən yaxın dostu gözləyir. Lakin hələlik elçilərin gəlməsinə qadağa qoymuşam. Bir neçə nəfər gəlmək istəyirdi, razılaşmadım.
- Valideynləriniz sizi istəmədiyiniz oğlana versə, hansı addımı atarsınız…
- İnanmıram ki, belə hadisə baş versin. Əgər belə hal olarsa, anamla çox yaxınam və onun məni başa düşməsində heç bir problem görmürəm.
- Bəs istədiyiniz oğlana verməsələr…
- Hər halda, qoşulub qaçmaram. Yenə anamın köməyindən istifadə edərəm.
- Ya sevdiyin oğlan, ya da voleybol arasında seçim etməli olsanız, karyeranızı bitirmək ehtimalı varmı?
- 10 il çəkdiyim əziyyəti heç kimə görə itirmərəm. Oğlan məni sevirsə, voleybolçu olduğumu bilir. Bunun üçün onunla ətraflı söhbət edərəm. Razılaşmazsa, öz problemidir. Mənə voleybol oynamaqda heç kim qadağa qoya bilməz. Bundan əlavə, pullu oğlanla da ailə qurmaq istəməzdim. Onlardan zəhləm gedir. Çünki onlar həmişə başqalarına yuxarıdan aşağı baxırlar. Amma bu, o demək deyil ki, ailə qurduqdan sonra acından ölməliyik. Kifayət qədər pulumuz olsa, daha xoşbəxt olarıq.
- Onda seçiminiz yenə də idmançı olacaq…
- Artıq idmançı da istəmirəm. Çünki onlar spesifiq xüsusiyyətə malik olurlar. Sərtliyi sevirlər.
Tahir HÜMMƏTOV

0
0