Azərbaycan millisi Belarusla oyunda favoritdir
13.06.2022 - 16:19
![Azərbaycan millisi Belarusla oyunda favoritdir](https://ww3.apasport.az/storage/news/2022/june/13/big/62a722f7c2ea362a722f7c2ea4165512063162a722f7c2ea162a722f7c2ea2.jpg)
Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Belarus matçının favoriti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bukmekerlər Bakıdakı “Dalğa Arena”da baş tutacaq görüşün əmsallarını açıqlayıb.
Millimiz C liqasının 3-cü qrupunun qarşılaşmasına favorit qismində çıxacaq. Canni de Byazinin yetirmələrinin qələbəsinə 2,48 əmsalla pul qoyuluşu qəbul edilir.
Matçın heç-heçə bitməsinin əmsalı 3,06-dır. Qonaqların qələbəsinə isə 3,15 əmsalla qoyuluşlar mümkündür.
Qeyd edək ki, Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.
0
0