Bakıda "Böyük Dəbilqə" turniri start götürüb
16.02.2024 - 12:17
![Bakıda "Böyük Dəbilqə" turniri start götürüb](https://ww3.apasport.az/storage/news/2024/february/16/big/65cf173b890a065cf173b890a1170807071565cf173b8909e65cf173b8909f.jpg)
Bu gün Milli Gimnastika Arenasında Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.
Apasport.az xəbər verir ki, turnirin ilk günü 15 idmançımız xalça üzərinə çıxacaq.
Qadınlar arasında -48 kq, 52 kq və -57 kq çəki dərəcələrində 8 cüdoçumuz, kişilər arasında isə -60 kq və -66 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
0
0