![“Kəpəz” 20 il sonra ilk dəfə mövsümə ardıcıl 7 məğlubiyyətlə başlayıb](https://ww3.apasport.az/storage/news/2024/september/21/big/66eea9b3de95d66eea9b3de95e172691704366eea9b3de95b66eea9b3de95c.jpeg)
“Kəpəz” klubunun Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə ardıcıl 7 məğlubiyyətlə başlaması son 20 ildə ilk olub.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/1995, “Şəmkir” 1996/1997, Quba “Şahdağ”ı 2000/2001 mövsümümdə belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.