"Kəpəz" heyətinə qapıçı cəlb edib
10.07.2024 - 17:36
"Kəpəz" heyətinə qapıçı cəlb edib

Transfer çalışmalarını davam etdirən “Kəpəz” yeni legionerlə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, Qərb təmsilçisi portuqaliyalı qapıçı Paulo Rojerionu rənglərinə bağlayıb. 25 yaşlı "çərçivə" qoruyucusu ilə 1 illik müqavilə imzalanıb.

Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.

Qeyd edək ki, qapıçı sonuncu dəfə vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense"də oynayıb.