Patrik Andrade hər kəslə sağollaşdı
19.06.2022 - 16:58
![Patrik Andrade hər kəslə sağollaşdı](https://ww3.apasport.az/storage/news/2022/june/19/big/62af1d8916b2f62af1d8916b30165564352962af1d8916b2b62af1d8916b2d.jpg)
"Qarabağ"da gözlənilən Patrik Andrade ayrılığı reallaşıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, yarımmüdafiəçi ilə uzun müddətdir davam edən danışıqlar uğursuzluqla başa çatıb.
Kabo-verdeli legionerin yüksək maaş tələbi qarşılanmayınca yolların ayrılmasına qərar verilib. Komandanın hazırlığına qoşulmayan afrikalı bazaya gələrək hər kəslə sağollaşıb və Bakını tərk edib.
29 yaşlı əcnəbi 2020-ci ildən "Qarabağ"ın şərəfini qoruyurdu. O, bu müddətdə 70 oyunda meydana çıxıb, 12 qol və 12 asistlə yadda qalıb.
0
0