![Premyer Liqa: XXXV turun 2 oyununda VAR hakimi əcnəbi olacaq](https://ww3.apasport.az/storage/news/2024/may/18/big/664866783715166486678371521716020856664866783714f6648667837150.jpeg)
Azərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.
"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.
Azərbaycan Premyer Liqası
XXXV tur
18 may
17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev
17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov
17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov