“Qarabağ” məğlubiyyətinə İtaliyada sevindilər - FOTO
28.02.2023 - 12:16
![“Qarabağ” məğlubiyyətinə İtaliyada sevindilər - FOTO](https://ww3.apasport.az/storage/news/2023/february/28/big/63fdb88d4ad6963fdb88d4ad6a167757223763fdb88d4ad6763fdb88d4ad68.jpg)
Bukmeker kontorlarında qeydə alınan daha bir uduş məlum olub.
Apasprot.az saytının məlumatına görə, proqnozsevər avrokubok oyunlarından qazanıb.
Better Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumilikdə 9 matçına mərc edib. O, bu kupona 5 avro yatırıb.
Ekspresdə “Qarabağ”ın “Gent”lə Belçikadakı qarşılaşması da yer alıb. Azərbaycan çempionunun 0:1 hesabı ilə uduzması İtaliyanın Bari şəhərindəki müştərini sevindirib. Bütün təxminləri dəqiq çıxan proqnozsevər 7 min 951,49 avro uduş əldə edib.
0
0