![Rafael Bunyatov: "Füzuli Məmmədova inamımız böyükdür"](https://ww3.apasport.az/storage/news/2025/january/15/big/6787a990aa2046787a990aa20517369440166787a990aa2026787a990aa203.jpg)
"Baş məşqçimiz Füzuli Məmmədova inamımız böyükdür".
Apasport.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov apasport.az-a müsahibəsində deyib:
"Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdür. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar. Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdir, həmçinin PRO kateqoriyası var. İşində peşəkar və məsuliyyətli olması bizi olduqca sevindirir".
Qeyd edək ki, bu gün “Mingəçevir” FK ilə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
- Avropa çempionatında iki medal
- “Qarabağ”ın oyununa görə 3 metro stansiyanın iş vaxtı uzadılacaq
- “Zirə”nin baş məşqçisi: “Qarabağ”ın rekordunu kiminsə təkrarlayacağına inanmıram”
- "Real" Karvaxalla müqavilə müddətini uzatdı
- “Qaradağ Lökbatan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib