Yığmamız yarışdan imtina etdi - SƏBƏB
10.02.2023 - 11:49
![Yığmamız yarışdan imtina etdi - SƏBƏB](https://ww3.apasport.az/storage/news/2023/february/10/big/63e5f73474dad63e5f73474dae167601541263e5f73474da963e5f73474dab.jpeg)
Cüdo üzrə Azərbaycan millisi fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında açıq Avropa turnirində iştirak etməyəcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.
İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.
Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.
- Yunis Hüseynov: “Qarabağ" çempionatın qurtarmasına 7-8 tur qalmış...” - Müsahibə
- Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ
- Azərbaycan velosipedçiləri BƏƏ-də mübarizəyə başlayıblar
- Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək
- Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
0
0