AL: “Qarabağ” “Vestri”yə qarşı - Heyətlər - YENİLƏNİR
16.07.2026 - 23:21
AL: “Qarabağ” “Vestri”yə qarşı - Heyətlər -  YENİLƏNİR

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.

Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
00:00. "Vestri" - "Qarabağ"

"Vestri":
Steinarsson, Qardarsson, Yohannsson, Edson Eduard, Eynarsson, Stensson, Haqbardsson, Eydal, Selven, Fall, Duah.

"Qarabağ":
Koxalski, Lanqa, Varkonyi, Hüseynov, Mateus Silva, Yankoviç, Pedro Bikalyo, Zubir, Kadi Borxes, Mouaddib, Savo.