Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.
Azərbaycan çempionu “Qarabağ” da II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda ÇSKA Sofiya (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun Azərbaycanda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.