Bukmekerlər millimizi şanssız sayır - ƏMSALLAR
10.06.2022 - 15:26
![Bukmekerlər millimizi şanssız sayır - ƏMSALLAR](https://ww3.apasport.az/storage/news/2022/june/10/big/62a2f26714cf062a2f26714cf1165484605562a2f26714cee62a2f26714cef.jpg)
Millətlər Liqasının III turunda keçiriləcək Azərbaycan – Slovakiya matçının favoriti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bukmekerlər Bakıdakı “Dalğa Arena”da baş tutacaq görüşün əmsallarını açıqlayıb.
C liqasının 3-cü qrupunun qarşılaşmasında millimiz şanssız hesab olunur. Canni de Byazinin yetirmələrinin qələbəsinə 4,44 əmsalla pul qoyuluşu qəbul edilir.
Matçın heç-heçə bitməsinin əmsalı 3,40-dır. Qonaqların qələbəsinə isə 1,90 əmsalla qoyuluşlar mümkündür.
Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.
0
0