![110032,01 əmsallıq kuponu SATDI](https://ww3.apasport.az/storage/news/2023/march/31/big/6426a9a96ac066426a9a96ac0716802554016426a9a96ac046426a9a96ac05.jpg)
Bukmeker kontorlarında növbəti böyük kupon satışı qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər canlı ekspressdə Amerika və Afrika qitələrindəki futbol oyunlarına mərc edib.
O, Kolumbiya və Kosta-Rikada 1-ci, Meksika ilə Ekvadorda 2-ci liqaya, həmçinin Kolumbiya kubokuna proqnoz verib. Variantda KONKAKAF Millətlər Liqası və gənclər arasında Afrika Millətlər kubokunun görüşləri də yer alıb. 9 qarşılaşmanın əks olunduğu bu kuponun əmsalı 110032,01-ə bərabər olub.
Müştəri bu varianta cəmi 20 rubl (0,44 manat) qoyub. Better 186 min 526 rubl (4 min 103,57 manat) təklifi qarşılığında kuponu satıb. O, belə addımda yanılmayıb. 8 matçı dəqiq alınan variantın bir görüşü istənilən nəticəni verməyib.