![“Bavariya”ya BÖYÜK MƏRC](https://ww3.apasport.az/storage/news/2023/april/25/big/6447ae0980b896447ae0980b8a16824192096447ae0980b856447ae0980b87.jpg)
Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri “Mayns” – “Bavariya” oyununa 1 milyon rubl (20 min 900 manat) qoyub.
Təkli kuponla mərc edən better Bundesliqa görüşünün Üst bitəcəyini proqnozlaşdırıb. Mərc zamanı belə variantın əmsalı 1,70-ə bərabər olub.
Better bu görüşdə həyəcan yaşayıb. Düzdür, Sadio Mane artıq 29-cu dəqiqədə hesabı açıb.
Lakin müştəri digər qolları çox gözləməli olub. “Mayns” ikinci hissənin ortalarında hesaba tarazlıq gətirib. Meydan sahiblərinə və proqnozsevərə qələbə gətirən qol isə 73-cü dəqiqəyə təsadüf edib. Ardınca daha bir dəfə fərqlənən “Mayns” 3:1 hesabı ilə qalib gəlib.
Sonuncu qol müştəri üçün əhəmiyyət kəsb etməyib. O, bu qarşılaşmada 1 milyon 700 min rubl (35 min 530 manat) uduşa sevinib.