"Qalatasaray" - "Fənərbaxça" matçını əcnəbi hakim idarə edəcək?
13.02.2025 - 14:09
"Qalatasaray" - "Fənərbaxça" matçını əcnəbi hakim idarə edəcək?

Daha əvvəl xəbər verdiyimiz kimi, fevralın 24-ü "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edəcək. 

Apasport.az xəbər verir ki, bir müddətdir ki, “Fənərbaxça” derbi üçün əcnəbi hakim tələb etsə də, önəmli matçda hansı hakimin fit çalacağı maraq doğururdu.

İstanbul derbisini hansı hakim idarə edəcək? 

Çempionluq yarışında mövsümün ən vacib matçına təyin ediləcək hakimin yerli, yoxsa xarici olacağına aydınlıq gəlib. "Sabah" nəşrinin xəbərinə görə, Türkiyə Futbol Federasiyası (TFF) və Mərkəzi Hakimlər Komitəsi (MHK) derbi matçını əcnəbi hakimə həvalə edəcək. Bu barədə TFF-nin yaxın günlərdə rəsmi açıqlama yayması gözlənilir. 

"Fənərbaxça" niyə əcnəbi hakim tələb edir?

Xüsusilə, mövsümün əvvəlindən "Fənərbaxça" "Qalatasaray"la matça xarici hakimin təyin edilməsini tələb edirdi. Klub rəhbərliyi, yerli hakimlərin bəzi qərarlarından narazı qaldıqlarını və bu səbəbdən əcnəbi hakimlərin daha obyektiv idarəçilik təmin edəcəyini düşünür.

"Qalatasaray" - "Fənərbaxça" derbisi nə vaxt keçiriləcək?

Qeyd edək ki, "Rams Park"da keçiriləcək qarşılaşma fevralın 24-ü Bakı vaxtilə saat 21:00-da start götürəcək.