Jorjinyunun "Arsenal"da müqaviləsinin müddəti bilindi
31.01.2023 - 22:39
![Jorjinyunun "Arsenal"da müqaviləsinin müddəti bilindi](https://ww3.apasport.az/storage/news/2023/january/31/big/63d9641ddd61263d9641ddd613167519132563d9641ddd60e63d9641ddd610.png)
"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyu "Arsenal"a keçib.
Apasport.az xəbər verir ki, İtaliya millisinin 31 yaşlı braziliyalı legioneri artıq tibbi müayinədən keçib və "topçular"la 2024-cü ilin yayına qədər müqavilə imzalayacaq.
Müqavilənin dəyəri 10 milyon funt sterlinq və bonuslar olaraq 2 milyon funt sterlinq olacaq.
Qeyd edək ki, Jorjinyu bu mövsüm "Çelsi" ilə bütün turnirlərdə 25 oyun keçirib və 3 qol vurub.
0
0