Messi: “Belə şəraitdə oynamaq çətindir” - FOTO
11.10.2024 - 13:57
![Messi: “Belə şəraitdə oynamaq çətindir” - FOTO](https://ww3.apasport.az/storage/news/2024/october/11/big/6708f72a30d056708f72a30d0617286408106708f72a30d006708f72a30d04.webp)
Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Venesuelaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, kapitan meydançanın durumundan narazı olduğunu dilə gətirib:
“İyrənc oyun idi. Meydanda su yığılırdı və ardıcıl ötürmə etmək olmurdu. Belə şəraitdə oynamaq çətindir”.
Qeyd edək ki, güclü yağış səbəbindən oyun 15 dəqiqə gec başlayıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
0
0