PSJ-ə ağır cəza gəlir– söyüşlü qələbə sevinci
28.09.2023 - 10:48
![PSJ-ə ağır cəza gəlir– söyüşlü qələbə sevinci](https://ww3.apasport.az/storage/news/2023/september/28/big/65151be40f4da65151be40f4db169588221265151be40f4d865151be40f4d9.png)
Fransada Liqa 1-in İntizam Komitəsi PSJ futbolçularının intizamsız hərəkətlərindən şübhələnir.
Apaport.az saytı xəbər verir ki, qurum Paris klubunun 4 futbolçusunu oktyabrın 5-də keçiriləcək iclasına çağırıb.
Söhbət Usmane Dembele, Əşrəf Hakimi, Randal Kolo Muani və Layven Kurzavadan gedir. Bu futbolçuların Fransa çempionatının VI turunun “Marsel”lə oyunundan (4:0) sonra azarkeşlərlə qələbəni qeyd edərkən təhqiramiz ifadələr səsləndirdikləri iddia olunur.
Qeyd edək ki, ittihamlar sübuta yetirilərsə futbolçuları və klubu ağır cəzalar gözləyir.
0
0