Vitselə “Atletiko”dan təklif
17.06.2022 - 13:10
![Vitselə “Atletiko”dan təklif](https://ww3.apasport.az/storage/news/2022/june/17/big/62ac452fe6b0c62ac452fe6b0d165545707162ac452fe6b0a62ac452fe6b0b.jpg)
Dortmund “Borussiya”sının futbolçusu Aksel Vitsel daha bir təklif alıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Atletiko” maraqlıdır.
Madrid təmsilçisi Vitseli yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Aksel “Marsel”in də hədəfindədir.
Qeyd edək ki, belçikalı 2018-ci ildən Dortmund klubunun formasını geyinir. O, 144 matçda 13 qola imza atıb.
- "Dinamo Zaqreb"in oyununu azərbaycanlı hakim idarə edəcək
- Mert Müldürün qolu Avropa çempionatının ən yaxşısı seçildi
- Avropa klublarının reytinq cədvəli yenilənib: İlk "20-lik"də 2 türk komandası var
- Romao üçün “Qarabağ”a Ərəbistandan təklif var
- Braziliya millisi Paris-2024-ün açılış mərasiminə qatılmayacaq
0
0