Lamin Yamal AVRO tarixinə düşdü
10.07.2024 - 02:07
Lamin Yamal AVRO tarixinə düşdü

Lamin Yamal Avropa və dünya çempionatlarında qol vuran ən gənc futbolçu olub.

Apasport.az xəbər verir ki, o, AVRO-2024-ün yarımfinalının İspaniya - Fransa matçında fərqlənib.

İspaniyalı oyunçu 16 yaş və 362 günündə möhtəşəm zərbə ilə topu fransalıların qapısından keçirib. O, Avropa çempionatları tarixində isveçrəli futbolçu Yohan Fonlantenin nəticəsini arxada qoyaraq, 1-ci pilləyə yüksəlib.

Türkiyə - Gürcüstan matçında fərqlənən Arda Güler siyahıda 6-cı pillədə yer alıb.

writer photo
Əlirza Əlirzalı
0