Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəhbərliyi bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) yubiley konqresində iştirak edib.
Apasport.az xəbər verir ki, İspaniyanın Barselona şəhərində təşkil olunmuş tədbirə AİJA-nın təsisçisi və prezidenti Eldar İsmayılov, 1-ci vitse-prezidenti, beynəlxalq qurumun Avropa bölməsi üzrə İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə qatılıblar.
Konqres maraqlı çıxışlar, təqdimetmələr, panel müzakirələr və görüşlərlə yadda qalıb.
Tədbir çərçivəsində AIPS qitə birliklərinin illik toplantıları da baş tutub. İdman Mətbuatı üzrə Avropa İttifaqı (AIPS Europe) Baş Assambleyasında Nərgiz Mahmudzadənin illik hesabatı alqışlarla qarşılanıb.