Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal topladı və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu oldu.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələdi. Nəticədə Ləman Hacıyeva 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı oldu. O, gümüş medala sahib çıxdı. Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub etdi. Yekun sıralamada 4 xalla Ülviyyə Fətəliyeva yarışı üçüncü pillədə başa vurdu.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü oldu.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.
- "Barselona"dan Alveş qərarı
- Yunis Hüseynov: “Özümü milli komandada görmək istəyirəm” - Eksklüziv
- Paris 2024: Futbol üzrə yarışlarda yarımfinal cütləri bəlli olub
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- Zidan 57 il sonra Braziliya millisinin ilk əcnəbi məşqçisi ola bilər