Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi yığmaya 15 futbolçu çağırıb.
Bu oyunçular mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunub. Toplanış Millətlər Liqası çərçivəsində iyunun 3-də, 6-da, 10-da və 13-də keçiriləcək oyunlarına hazırlıq məqsədilə baş tutacaq.
Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq. Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq
Qeyd edək ki, Azərbaycan kubokunun mayın 28-də keçiriləcək finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə”nin futbolçuları ilkin toplanışda çağırılmayıb.
1 |
Səlahət Ağayev |
Sabah |
2 |
Emil Balayev |
Turan (Qazaxıstan) |
3 |
Rəşad Əzizli |
Səbail |
4 |
Höccət Haqqverdi |
Sumqayıt |
5 |
Anton Krivotsyuk |
Visla (Plotsk, Polşa) |
6 |
Azər Salahlı |
Neftçi |
7 |
Bəxtiyar Həsənalızadə |
Sabah |
8 |
Eddi İstafilov |
Neftçi |
9 |
Emin Mahmudov |
Neftçi |
10 |
Aleksey İsayev |
Sabah |
11 |
Anatoli Nuriyev |
Sumqayıt |
12 |
Dmitri Nazarov |
Erzgebirge Aue (Almaniya) |
13 |
Namik Ələskərov |
Bursaspor (Türkiyə) |
14 |
Renat Dadaşov |
Tondela (Portuqaliya) |
15 |
Mahir Emreli |
Dinamo (Zaqreb, Xorvatiya) |