Baxşıyev onu komandasında görmək istəyir - Özəl
30.10.2024 - 15:57
Baxşıyev onu komandasında görmək istəyir - Özəl

“Sabah” aparıcı futbolçularından olan Namik Ələsgərovu komandada saxlamaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi yarımmüdafiəçisinə müqavilə müddətini artırmağı təklif edib.

29 yaşlı futbolçunun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Sabah” onunla müqavilə müddətini daha bir illik artırmaq istəyir. Ələsgərovun böyük ehtimalla yeni sezona da “Sabah”da başlayacağı gözlənilir.

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev də onu komandasında görmək istəyir. Belə ki, Naxçıvan təmsilçisi Ələsgərovu komandaya cəlb etməyi planlaşdırır. 

“Bakı”nın sabiq üzvü “Kəpəz”, “Qarabağ”, “Neftçi”, “Bursaspor” klublarında da oynayıb.

writer photo
Əlirza Əlirzalı
0