“Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq”.
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib:
“Neftçi” üçün önəmli gündür. “Palms Sports”la 5 illik müqavilə imzalayırıq. Bu tərəfdaşlıq sayəsində formamızda, bazamızda, stadionumuzda “Palms Sports”un adının yer almasından başqa, beynəlxalq arenada klubun inkişaf etməsinə xidmət edəcək. “Neftçi” olaraq ötən yaydan yeni strategiyaya başlamışıq. Maddi dayanıqlılıq üzərində çalışırıq. “Palms Sports”la müqavilədən əldə olunan gəlirin də xeyri olacaq. “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik. Bu işə ötən ay başladıq və birinci mərtəbini hazır etdik. 2-ci və 3-cü mərtəbələrin də inşasını tamamlayaraq, bütün klubun burada olmasını təmin etmək istəyirik”.