Ekvador millisinin üzvü “Beşiktaş”da – RƏSMİ
07.02.2025 - 17:53
![Ekvador millisinin üzvü “Beşiktaş”da – RƏSMİ](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a6162293c0d67a6162293c0e173893789067a6162293c0467a6162293c0c.jpg)
Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Ekvador klubu “İndependiente”nin şərəfini qoruyan 19 yaşlı vinger Keni Arroyonu heyətinə qatıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “Beşiktaş” futbolçu üçün 6,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ekvador millisinin üzvü “İndependiente”nin yetirməsidir.
0
0