![Elmar Baxşıyev: "Bizim nəsə deməyimiz heç nəyi dəyişməyəcək"](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a4c5097ab1d67a4c5097ab1e173885159367a4c5097ab1b67a4c5097ab1c.jpeg)
"Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun bizi gözləyir. Yolumuza davam edirik. Çempionat oyununa hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Ona görə daha çox uğurlu vaxtı gələndə düşünəcəyik. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxacaq".
- Jatoba haqda fikriniz necədir?
- Bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadcə zədəyə görə geri düşmüşdü. hazırlaşır. güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.
- Ayyub Allaşı "Şerif"dən necə gətirə bildiniz?
- Hər bir futbolçu komandaya yeni güc qatır. Ayyub da tanıdığımız, güvəndiyimiz futbolçudur. Sevindirici odur ki, o da təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq.
- Premyer Liqada komanda sayı 12-ə çatdırıldı və legioner limiti ləğv edilid. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu suala yenə cavab vermək istəmirik. Qərarı verən verib. Bizim nəsə deməyimiz heç nəyi dəyişməyəcək. Nəyə əsaslanıb veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu litimin götürülməsinə qarşı idi. Amma o onu göstərir ki, bizim fikir də önəmlidir. Bizim fikri öyrənmək istəyirsə, o fikir də heç nəyi dəyişməyəcəksə, qoy cavabı bizdə qalsın.