Villian İngiltərəyə qayıdıb - rəsmi
06.02.2025 - 19:39
Villian İngiltərəyə qayıdıb - rəsmi

Braziliya millisi və “Çelsi”nin sabiq üzvü Villianın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, braziliyalı karyerasını İngiltərədə davam etdirəcək.

“Fulhem” 36 yaşlı futbolçu ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü karyerası ərzində “Çelsi”, “Arsenal",“Olimpiakos” kimi komandaların şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0