Emin İmaməliyev: “Bizim oynadığımız dövrlə indiki dövr fərqlidir” - Müsahibə
03.11.2023 - 12:51
Emin İmaməliyev: “Bizim oynadığımız dövrlə indiki dövr fərqlidir” - Müsahibə

Milli komandamızın sabiq futbolçusu Emin İmaməliyevin apasport.az saytına müsahibəsi

- Millimizin bu mövsüm çıxışını necə dəyərləndirirsiz? 
- Millinin son oyunlarını götürsək xoş təsir bağışlayır. Gələcək oyunlarda daha da yaxşı oynayıb bizləri sevindirəcəyinə inanıram.

- Öz dövrünüzdəki milli ilə indiki milli komandamız arasında hansı fərqlər var?
- Hər bir məşqçinin öz oyun üslubu var, tələbi var. Bizim oynadığımız dövrlə indiki dövr fərqlidir. Ona görə müqayisə etmək istəmirəm.

- Bu il Premyer liqa ötən mövsümlərə nisbətən fərqli keçir, siz nə düşünürsünüz?
- Mənim fikrimcə bu mövsüm çox maraqlı keçir. Bütün komandalar yaxşı oyun nümayiş etdirir. Xüsusilə də “Araz-Naxçıvan” göstərdiyi oyunla çempionatı daha maraqlı edir.

- Vaxtı ilə formasını geydiyiniz “Qarabağ”, “Kəpəz”, “Araz-Naxçıvan” haqqında nə deyə bilərsiniz?  Xüsusilə “Araz"ın göstərdiyi nəticə hər kəsi təəccübləndirə bilib...
- “Qarabağ” stabil olaraq hər il bütün futbol ictimaiyyətini  sevindirir. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Əlbəttə, həm Avropa Liqasında, həm çempionatda oynamaq çətindir, amma buna baxmayaraq “Qarabağ” əlindən gələnin ən yaxşısını edir. “Kəpəz”ə gəlincə, komanda enişdədir, amma düşünürəm ki, 1-2 oyun qələbə qazanaraq özlərinə olan inamı bərpa edəcəklər və daha yaxşı oyun sərgiləyəcəklər. “Araz-Naxçıvan” isə elitaya yeni qoşulmasına rəğmən çempionata rəng qatır. Əbəs yerə deyil ki, turnir cədvəlində 20 xalla 2-3-cü yeri bölüşür. Hər 3 kluba uğurlar arzulayıram.

- “Qarabağ”ın Avropa Liqasındakı oyunundan razısız?
Əlbəttə ki razıyam. Avropa Liqasında da tarix yazaraq qrupdan çıxacağına inanıram. Bütün futbol ictimaiyyəti “Qarabağ”ın növbəti dəfə tarix yazacağına inanır.

writer photo
Əlirza Əlirzalı
0