Juninyo "Flamenqo"da siftə edib - İLK QOLUNUN VİDEOSU
06.02.2025 - 12:08
Juninyo "Flamenqo"da siftə edib  - İLK QOLUNUN VİDEOSU

“Qarabağ”dan ayrılan Juninyo Braziliyanın “Flamenqo” klubunda qol hesabını açıb.

Apasport.az xəbər verir ki, o, kubokda “Portuquesa” ilə matçda fərqlənib.

Juninyo 5-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Qeyd edək ki, matç “Flamenqo”nun 5:0 hesablı qələbəsiylə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0