"Fənərbaxça" azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti
06.02.2025 - 13:58
"Fənərbaxça" azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Kubokunun II turunda "Fənərbaxça"nın 3 futbolçusu "Ərzurumspor"la matçda sıradan çıxıb. 

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in 3 müdafiəçisi - Dieqo Karlos, Yusuf Akçiçek və Aleksandr Ciku bir-birinin ardınca zədələnib. Klubun mətbuat xidməti futbolçuların son durumunu açıqlayıb. 

Aleksandr Cikunun sol bud əzələsi zədələnib. Qanalı futbolçu 2 həftə forma geyinə bilməyəcək. "Fənərbaxça"nın yeni transferi Dieqo Karlos 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Yumşaq əzələsi zədələnən Yusuf Akçiçek isə 7-10 gün müddətində komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, "Fənərbaxça" - "Ərzurumspor" matçı 5:0 hesabı ilə başa çatıb. 

writer photo
Əlirza Əlirzalı
0