Laurentsiu Regekampf: “Döyüş ruhlu çox olan matça hazır olmalıyıq”
02.06.2023 - 17:36
Laurentsiu Regekampf: “Döyüş ruhlu çox olan matça hazır olmalıyıq”

“Final oyunudur. Çox çətin görüş olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan kubokunun “Qəbələ” ilə sabah keçiriləcək final oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında iştirak edib. Regekampf “Bakcell Arena”dakı görüş barədə danışıb: “Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır. Təkcə "Qəbələ" haqda yaxşı danışmaq istəmirəm. Onlar çox yaxşı komandaya malikdirlər. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıblar. Buna hörmətlə yanaşmalıyıq. Döyüş ruhlu çox olan matça hazır olmalıyıq. Sabahlı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar iki tərəf 50-50-dir".

- Penalti zərbələri üzərində işləmisiz?
- Hər şeyə hazırıq. Bunlara hazırıq. Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq.

- Dediz ki, şanslar bərabərdir. Büdcə və oyunçuların keyfiyyəti, baş məşqçi təcrübəsi baxımından sizcə "Neftçi"nin şansları daha çox və iddialı olmalı deyil?
- Çalışacam ki, nəzakətli cavablar verim. Bu cür oyunlarda baş məşqçi təcrübə təcrübəsini müqayisəsini aparmaq doğru deyil. "Sevilya" "Roma" arasında keçirilmiş finala baxın. Əgər baş məşqçi təcrübəsini müqayisə ediriksə, onda oyundan əvvəl kuboku Mourinyoya verməli idik. Çünki təcrübəsi çoxdur. Baş məşqçi olaraq ən yaxşısını edirik ki, oyunçuları hazırlayaq. Bəli, finaldır. Şanslar bərabərdir.  Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Biz hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu ad güclü, böyük addır. Burada "Neftçi" haqda danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edirik ki, klubun anlamı nədir. Finalda çoxlu hisslər var. Əminliklə deyə bilərəm ki, hər iki komanda ən yaxşısını etsin.

- "Neftçi" ən köklü klublardan biridir. Sabahkı uğursuzluq sizin istefanızla nəticələnə bilər?
- Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nə edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər hardadır. İnanın ki, hər gün bu hiss ola-oal işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam. 

- Joze Mourinyonun futbolçu keçmişi olmayıb...
- O, indiyə qədər titul qazanıb? Ən çox titul qazanan məşqçi kimdir? Mən deyə bilərəm, Aleks Ferqyussondur. 49 titulu var və ilk 4-5 yerdən birində Mourinyo gedir. Səhv etmirəmsə, Mourinyo ilk dəfə idi finalda uduzurdu. Ancaq hazırda dünyanın ən yaxşılarından biridir. Məşqçinin CV-si o qədər də vacib deyil. Sabah kubokun finalıdır. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onlar meydana daxil olurlar, hissləri var. Səhv edə bilərlər. Şanslar bərabərdir. Robotlarla yox, insanlarla çalışırıq.

writer photo
Əlirza Əlirzalı
0