Mingəçevir Reqatasına 15 ölkə qatılacaq
08.10.2022 - 18:30
Mingəçevir Reqatasına 15 ölkə qatılacaq

Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasının birinci günü Suqovuşanda baş tutacaq.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından apasport.az saytına verilən görə, yarışa 15-dək ölkə -  Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları qatılacaq. 

Sürət, tarazlıq və güc mübarizəsində idmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək.

writer photo
Əlirza Əlirzalı
0