Moldovalı qapıçı Azərbaycanla oyunda seriya arzusunda
14.11.2022 - 09:55
Moldovalı qapıçı Azərbaycanla oyunda seriya arzusunda

“Doğma azarkeşlərimiz qarşısında yaxşı oynamaq istəyirik. Hər iki qarşılaşmada sona qədər mübarizə aparmağa hazırlaşırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin qapıçısı Dmitri Çelyadnik Azərbaycan və Rumıniya yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşü barədə danışarkən deyib.

Millətlər Liqasının son üç matçında qələbə qazandıqlarını xatırladan 30 yaşlı qolkiper bu seriyanı davam etdirməyi hədəflədiklərini bildirib: “Qələbə seriyasını Azərbaycanla qarşılaşmada da davam etdirmək istəyirik. Son üç qalibiyyətimizi azarkeşlərə həsr edirik, onları yenə sevindirmək istəyirik. Bizə qələbələr lazımdır ki, bütün ölkə sevinsin. İstərdim ki, millinin hər bir azarkeşi yanımızda olsun, bizi dəstəkləsin. Biz də onları gözəl oyunla sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Azərbaycan, 20-də isə Rumıniyanı Kişinyovdakı “Zimbru” stadionunda qəbul edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0