“Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
06.02.2025 - 23:53
![“Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a5134b018e267a5134b018e3173887162767a5134b018e067a5134b018e1.jpeg)
AFFA U-17 Liqasında qalmaqal baş verib.
Apasport.az xəbər verir ki, “Vətən” – “Neftçi” oyununda xoşagəlməz hadisə yaşanıb.
Belə ki, matçın ikinci hissəsində tərəflər münaqişə ediblər.
Komandaların baş məşqçiləri və rəsmiləri arasında dava düşüb. “Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərova kəllə zərbəsi endirib.
Ardınca “Vətən”in çalışdırıcısı Elvin Həsənovun da qarışdığı münaqişəni sakitləşdirmək mümkün olub.
Mütəxəssisin burnu sınıb. O, hazırda əməliyyatdadır.
0
0