“Liverpul” FİNALDA
07.02.2025 - 01:57
İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə “Liverpul” doğma meydanda “Tottenhem”i sınağa çəkib.
“Mersisaydlılar” ilk matçdakı 0:1 hesablı məğlubiyyətin acığını 4 cavabsız qolla çıxıblar.
“Liverpul” doğma meydanda “Tottenhem”i 4:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, “qırmızılar” finalda “Nyukasl Yunayted”lə qarşılaşacaqlar.
İngiltərə Liqa kuboku
Yarımfinal
00:00. “Liverpul” – “Tottenhem” – 4:0
0
0