Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXXII tur
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Turan Tovuz” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununa FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.4);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (52.1);
29.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödənilsin (maddə 54.2);
I Liqa XXXII tur
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununun birinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda “Karvan” klubunun isinmə hərəkəti edən futbolçuları matçın gedişində topla məşq etdiyinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 53.8);
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 74.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 74.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
II Liqa XXXIII tur
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Lerik” – “Kürmük” oyununun 43-cü dəqiqəsində “Lerik” komandasının 12 nömrəli futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 50 manat cərimə edilir (maddə 36.5);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununun 78-ci dəqiqəsində “Göygöl” komandasının 25 nömrəli futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Göygöl” klubu 300 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Sheki City” klubunun 9 nömrəli futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 43.3);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 43.7);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəfa” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 72.4);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 51.8);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyununda “Füzuli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu btidikdən sonra “Füzuli” klubunun 77 nömrəli futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Füzuli” klubu 300 manat cərimə edilir (maddə 40.3);
Əvəzedicilər liqası XXXII tur
28.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Sabah-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
28.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Sabah-2” – “Səbail-2” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Sabah-2” komandası 50 manat cərimə edilir (maddə 74.2);
29.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Qəbələ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 91);
01.05.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilir (maddə 91);
01.05.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37)