UEFA "Qarabağ"ın rəqibini cərimələdi
23.10.2024 - 15:57
UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.

Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.

Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0