Ulduz oyunçu yeni komandasında ilk matçına çıxıb
11.02.2025 - 12:29
![Ulduz oyunçu yeni komandasında ilk matçına çıxıb](https://ww3.apasport.az/storage/news/2025/february/11/big/67ab0a4ca98da67ab0a4ca98db173926254067ab0a4ca98d867ab0a4ca98d9.jpg)
Sloveniyalı basketbolçu Luka Donçiç NBA təmsilçisi "Los-Anceles Leykers”də debüt edib.
Apasport.az xəbər verir ki, 26 yaşlı oyunçu “Yuta Cazz”la oyunda 23 dəqiqə meydanda olub.
Ulduz basketbolçu komandasının 132:113 hesabı ilə qalib gəldiyi matçda 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luka Donçiç 2018-2025-ci illərdə “Dallas Maveriks”in şərəfini qoruyub.
0
0