Vadim Kuramşın: “Əsl komanda kimi geri dönəcəyik”
05.02.2025 - 22:48
Vadim Kuramşın: “Əsl komanda kimi geri dönəcəyik”

"Quba"nı qələbə münasibətilə təbrik edirəm. Onlar sona qədər mübarizə apardı".

Apasport.az xəbər verir ki, bunu "Sumqayıt" baş məşqçisi Vadim Kuramşın deyib.

Əcnəbi mütəxəssis "Quba" ilə görüşdə qeydə alınan 80:90 hesablı məğlubiyyəti şərh edib:

"Doğrusu, uduzacağımızı gözləyirdim. Çünki "Şəki" üzərində qələbədən sonra uşaqlarda arxayınlaşma baş verdi. Onlar elə bildilər ki, istənilən komandanı məğlub edə bilərik. Xüsusən də komandanın liderləri öz oyununu göstərə bilmədi. Zayon Yanq "qabında deyildi". Atışlarında dəqiqlik faizi çox aşağı idi. Yalnız Saadettin Donatdan razı qaldım. 20 xal və 20 ribaund əla nəticə idi. Ona legionerimiz dəstək verməli idi. Ümid edirəm ki, millilərin oyunu ilə bağlı çempionatda yaranan fasilədən yararlanıb səhvlərimizdən nəticə çıxaracaq və əsl komanda kimi geri dönəcəyik".

writer photo
Əlirza Əlirzalı
0