Joze Mourinyo: "Səbirli olmaq lazımdır" 
06.02.2025 - 01:21
Joze Mourinyo: "Səbirli olmaq lazımdır" 

"İlk hissə bizim üçün çətin oldu. Buna rəğmən matçı istədiyimiz şəkildə bitirə bildik".

Bu sözləri Türkiyə kubokunun II turu çərçivəsində keçirilən "Fənərbaxça" - "Ərzurumspor" matçından (5:0) sonra "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo deyib.

Təcrübəli çalışdırıcı 3 müdafiəçinin oyunun gedişində zədələnməsi barədə danışıb:

“Ciku əzələsindən zədə aldı. Dieqo Karlos və Yusufun isə dizində problem var. Sabah daha dəqiq bir cavab veriləcək. Səbirli olmaq lazımdır. Bizim bu mövqedə Şkriniar və Çağlar kimi oyunçularımız var. Çiyin zədəsi sağalandan dərhal sonra Mert Müldür də bizimlə olacaq. Futbolda belə şeylər olur. Biz yolumuza davam edəcəyik".

Qeyd edək ki, İstanbul təmsilçisinin 3 müdafiəçisi - Aleksandr Ciku, Dieqo Karlos və Yusuf Akçiçek zədə səbəbindən matçı davam etdirə bilməyiblər.

writer photo
Əlirza Əlirzalı
0