Anridən futbol üçün 5 təklif
11.05.2023 - 23:58
Anridən futbol üçün 5 təklif

Tyerri Anri futbolun daha da yaxşılaşdırılması üçün təkliflər verib.

Apasport.az-ın məlumatına görə, veteran futbolçu bunun üçün 5 ideya irəli sürüb.

Bu təkliflərdən biri oyundan sonra hakimlərin də mətbuata danışmalı olduğunu bildirib. Anrinin ikinci təklifi vaxtı itikisinə yol verən komandaların cəzalandırılmasıdır: “Vaxtı uzadan komandanın qapısına 25 metr istənilən məsafədən cərimə zərbəsi təyin olunsun”.

Anrinin 3-cü ideyası daha maraqlı olub. O, oyun ərzində üç qol vuran komandalara nəticədən asılı olaraq xal verilməsi təklifini irəli sürüb. Onu dördüncü fikri isə zədələnən futbolçuların həkim müayinəsi müddətində müvəqqəti əvəzetməsi ilə bağlı olub.

Fransız mütəxəssisin beşinci ideyası isə belədir: “İdman direktorları komandanın yeni gələcək üzvləri ilə yaxından tanış olmalıdırlar. Evi ziyarət etmədən onu almaq olmaz”.

Qeyd edək ki, Tyerri Anrinin təklifləri futbol ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

writer photo
Əlirza Əlirzalı
0