“Barselona” Superkubokun qalibi oldu
13.01.2025 - 01:05
“Barselona” Superkubokun qalibi oldu

İspaniya Superkubokunda mübarizə başa çatıb. 

Apasport.az xəbər verir ki, bu gün final görüşü keçirilib.

"Barselona" "Real"la qarşılaşıb. Gərgin keçən matçda 7 qol vurulub.

Kataloniyalılar 5:2 hesablı qələbəyə seviniblər. Komandanın qollarına Lamin Yamal, Robert Levandovski, Alexandro Baldye imza atıb. Rafinya isə dubl müəllifi olub.

"Kral klubu"nun heyətində isə Kilian Mbappe və Rodriqo fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0