Evra: "Fransa İngiltərəni əzəcək"
08.12.2022 - 21:14
Evra: "Fransa İngiltərəni əzəcək"

“Matçdan əvvəl özümü inamlı hiss edirəm, amma təkəbbürlü deyiləm. Maraqlı oyun olacağını düşünürəm".

Apasport.az xəbər verir ki, bunu Fransa millisinin sabiq sol cinah müdafiəçisi Patris Evra deyib.

41 yaşlı Seneqal doğumlu, atası Qvineya-Bissau, anası Kabo Verdedən olan veteran dünya çempionatında İngiltərə və Fransa yığmalarının 1/4 final matçı ilə bağlı gözləntilərini bölüşüb: "İngiltərə Mbappe kimi oyunçular üçün narahat olmalıdır, lakin Fransa da Saka və Foden kimi oyunçular üçün narahat olmalıdır. Mən hiss edirəm ki, Fransa İngiltərəni əzəcək. Ancaq ingilislər fransızları da təəccübləndirməyi bacarır. Mən komandaya arxayınam, amma gözlənilməzliyi də istisna etmirəm”.

Qeyd edək ki, sözügedən matç dekabrın 10-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0